Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyənin Naxçıvandakı Baş konsulu AMEA Naxçıvan Bölməsinin qonağı olub

AMEA Naxçıvan Bölməsində Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz ilə diplomatik xidmət müddətinin başa çatması münasibətilə görüş keçirilib.

Vurğulanıb ki, ərazi bütövlüyümüzün bərpası uğrunda Azərbaycanın haqlı mübarizəsinə hər zaman dəstək olan Türkiyə Vətən müharibəsi zamanı da öz dəyişməz mövqeyini nümayiş etdirib. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi də bu dostluğun hərbi, siyasi, iqtisadi cəhətdən müttəfiqlik səviyyəsində təsbitidir.

Akademik çıxışda muxtar respublikanın qardaş ölkə ilə digər sahələrlə yanaşı, elm, təhsil və mədəni əlaqələrin də yüksək səviyyədə inkişafında Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, eləcə də diplomatik xidmət müddəti başa çatmaqda olan Məhmət Emin Kirazın səmərəli fəaliyyətini qeyd edib, AMEA Naxçıvan Bölməsinin Türk Tarix Qurumu, Türk Dil Qurumu, İqdır Universiteti ilə əlaqələrindən danışıb. İsmayıl Hacıyev nəzərə çatdırıb ki, hər iki ölkə alimlərinin elmi əməkdaşlıqda fəal iştirakı təqdirəlayiq hal olmaqla yanaşı, həm də düzgün qurulan əlaqələrin nəticəsidir.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin milli birlikdən qaynaqlandığını diqqətə çatdırıb. Baş konsul, xüsusilə, XX əsrdən günümüzədək mövcud olan qardaşlıq münasibətlərini dövrlər üzrə xarakterizə edib. Sovet hakimiyyəti dönəmində dövrün siyasi rejimi çərçivəsində iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran qonaq bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Məhmət Emin Kiraz bölgədə sülh və əmin-amanlığın milli dəyərlərin qorunmasında və təbliğində vacibliyini qeyd edib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Tofiq Əliyev, Fəxrəddin Səfərli, dosentlər Firudin Rzayev, Elxan Məmmədov və Emin Şıxəliyev tədbirdə çıxış edərək Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətinin tarixi və mədəni əsaslarından danışıblar. Çıxış edənlər Məhmət Emin Kiraza gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda akademik İsmayıl Hacıyev və Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz qarşılıqlı olaraq kitab hədiyyə ediblər.

admin

Related Posts