Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra birliyin yeni İdarə Heyətinin üzvləri və birliyin sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.

Konfransın gündəliyi qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabatı dinlənilib.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.

Birliyin İdarə Heyətinin üzvləri Həsənəli Eyvazov və Qafar Qənbərov çıxış edərək Əliyev Asim Yediyar oğlunun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.

Təklif səsə qoyularaq qəbul olunub və Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib.

Asim Əliyev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək ədəbi mühitin inkişafı ilə bağlı görülən işlərdən danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

admin

Related Posts