Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail İranın regionda aqressiv hərəkətləri barədə xəbərdarlıq etdi

İsrail İranın regionda aqressiv hərəkətləri barədə xəbərdarlıq etdi

Tehrana təzyiqlər artdıqca onun müxtəlif hadisələrə reaksiyası getdikcə aqressivləşir.

Bunu İsrail Müdafiə Qüvvələrinin (AMAN) hərbi kəşfiyyat xidmətinin rəhbəri general-mayor Aharon Haliva Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) keçirdiyi konfransda deyib.

“Mən əmin deyiləm ki, dünya İranın qlobal səviyyədə malik olduğu gücdən  xəbərdardır. Amma London İranın mümkün zərbəsinə hazırlaşırsa, onlar nədən danışdıqlarını bilirlər. ABŞ İran terroruna hazırlaşır.”, – deyə general əlavə edib.

İsrail hərbi kəşfiyyatının rəhbəri Moskva ilə Tehranın əməkdaşlığını şərh edərkən qeyd edib ki, İran Rusiyadan maliyyə yardımı, həmçinin kəşfiyyat və silah şəklində ödəniş tələb edə bilər.

General həmçinin xəbərdarlıq edib ki, yaxın gələcəkdə İranın regionda və dünyada daha aqressiv hərəkətləri gözlənilir.

Editor

Related Posts