Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Qusar rayonunda avtomobil qəzası baş verib.

Hadisə rayonun Əvəcuq kəndində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər – 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini – 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

admin

Related Posts