Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Özünü yığışdır, bacıma yazdığın təhdid real olacaq” – Kərimova

Aktrisa Uzel Kərimova sosial şəbəkədə tanımadığı şəxs tərəfindən narahat edildiyini bildirib.

Bu barədə o, instaqramda məlumat verib.

“Ətrafıma yazmağa cəsarətin çatıbsa, deməli, məni yaxından tanıyırsan. Və əgər tanıyırsansa, bilirsən ki, sənin nazınla oynayacaq o insan deyiləm. Ya özünü yığışdır, ya da Sofiyaya (bacısı) yazdığın təhdid real olacaq”, – deyə, Uzel paylaşdığı videoda vurğulayıb.

Kərimova bu fikirləri də qeyd edib:

“Səbrimi sınama. Yazından anlaşıldığı kimi kibercinayətlərdən xəbərin var. Mən artıq sənin hərəkətlərini sadəcə kibercinayətlərlə əlaqələndirmirəm. Sənin kimi polisin adını çəkən psix üçün heç kim qarantiya vermir ki, realda da cinayət işləməyəcəksən”.

admin

Related Posts