
“Həyat yoldaşımın şəklini sosial şəbəkə hesabımda paylaşması onun istəyi ilə oldu. Əsas da oğlumuz Əliyə görə. Bilmədən danışanlar çox idi. Ona görə həyat yoldaşımın şəklini paylaşmaq lazım idi”.
Bu sözləri müğənni Şəbnəm Tovuzlu “MTV maqazin” verilişində müsahibəsində deyib.
Sənətçi uzun illərdən sonra ilk dəfə həyat yoldaşı Hacı Ramilin üzünü göstərməsinə aydınlıq gətirib. Ş.Tovuzlu bildirib ki, bu addımı oğulları Əliyə görə atıb.