
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının qəbul etdiyi anti-Azərbaycan qətnaməsinə münasibət bildirib:
“Fransa Milli Assambleyasının diqqətinə: Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozmuş, hərbi cinayətlər törətmiş, bölgəni viran qoymuşdur. Bütün bu müddət ərzində susdunuz. İndi danışmaqla ancaq sülhə mane olursunuz!”