
Qırtlaq əlilliyindən əziyyət çəkən və vəkillə təmin edilməyən Fərşid Mühaciri adlı Güney azərbaycanlı məhbus 18 ay müddətinə azadlıqdan məhrum edilib.
O, İranın hökumət qüvvələri tərəfindən Zəncan şəhərində tutulan azərbaycanlılardan biridir.
Fərşid Mühaciri qırtlağında problemlər olduğu üçün tam nitq qabiliyyətinə malik olmasa da, məhkəmə onu videokonfrans vasitəsilə müdafiəsini etməyə məcbur edib. O, eyni vaxtda vəkillə təmin olunmaq hüququndan məhrum edilib.