Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Təcili: Molla rejimindən Ermənistana növbəti “BƏXŞİŞ”-Tehran ermənilərə müasir raket kompleksləri verib

Son günlər mətbuatda İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər haqda xəbərlər yayılıb. Mediada 6 gün ərzində – noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi ilə bağlı sübutlar təqdim edilsə də, İran tərəfi məsələyə aydınlıq gətirməyə tələsmir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl – oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah – 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən… hədiyyə edilib!

Məlumat üçün bildirək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər, az qala, dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

İrandan Ermənistana raket bəxşişi ilə bu ölkədən Qarabağa məramı gizli olan 27 nəfərlik iki dəstənin keçməsinin, təxminən eyni vaxta düşməsi təsadüfdürmü? Bəlkə, İran tərəfinin vətəndaşlarının Qarabağda nə itirdiyinə aydınlıq gətirməməsi də elə bununla bağlıdır?

İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Bu versiya təsdiqlənərsə, bunun yalnız bir izahı ola bilər – Ermənistana hədiyyə olunmuş silah sursatın bir qismi sülhməramlıların qanadı altında özünü çox rahat hiss edən separatçı-terrorçu dəstələrə ötürülüb.

Təbii ki, bu, versiyalardan yalnız biridir. İstənilən halda İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda məsələyə gec-tez aydınlıq gətirməli olacaq.

admin

Related Posts