Amerika Birləşmiş Ştatları Administrasiyası İsveç və Finlandiyanın NATO-ya rəsmi qəbulunun tezliklə başa çatacağına əmindir.
Bu barədə ABŞ Dövlət Katibi Entoni Blinken Dövlət Departamentində fin və isveçli həmkarları ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdırlar. Onların ordusu Kosovoda, Əfqanıstanda, İraqda və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edirdi. Mən əminəm ki, NATO [iyun] Madriddə keçiriləcək NATO sammitindən sonra ən qısa zamanda Finlandiya və İsveçi rəsmi olaraq üzv kimi qəbul edəcək.”, – deyə o qeyd edib.