Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bəxtiyar Hacıyev həbs edildi – Yenilənib

Bəxtiyar Hacıyev həbs edildi – Yenilənib

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

***15:00
“Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, o, barəsində qətimkan tədbiri seçilmək üçün bu gün  məhkəməyə göndərilib.

Qeyd edək ki, daha əvvəl vəkil Aqil Layıc sosial şəbəkə hesabında ictimai fəalın saxlanılması ilə bağl məlumat yayıb.

Editor

Related Posts