Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur”

“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur”

Bu günlərdə Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.  

Bu məlumatla bağlı naxçıvanlı deputat Siyavuş Novruzov açıqlama verib.  

Siyavuş Novruzov xatırladıb ki, Naxçıvanda hüquq-mühafizə orqanları iş aparır. Onun sözlərinə görə, hazırda araşdırmalar gedir və nəticəsi gözlənilir: “Vasif Talıbovun ərizə yazması ilə bağlı hər hansı məlumatım yoxdur. Araşdırmaların nəticəsindən asılı olaraq qərar verilməlidir. Mən parlamentdə də qeyd etmişdim ki, cənab Prezident hər şeyin yaxşısını, düzünü bilir. O, hansı qərarı qəbul edəcəksə, biz də onu qəbul edəcəyik. Gedən proseslərlə bağlı dəqiq məlumatı olan da, olmayan da danışır. Araşdırma gedən vaxt hüquq-mühafizə orqanlarının cavabını gözləmək lazımdır. Prezidentin səlahiyyətidir ki, orda bir strukturu ləğv edir, ikincini ləğv edir. Konstitusion səlahiyyətidir. Proseslər necə gedirsə, bunu məlumatlı adamın danışması yaxşı olar”.

Editor

Related Posts