Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Kardiologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib

Konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, günümüzdə ürək-damar xəstəlikləri dünyada ölümün və sağlamlıq imkanları məhdudluğun əsas səbəblərindən biri sayılır. Bu xəstəliklər səbəbindən hər il yer üzündə 17 milyondan çox insan dünyasını dəyişir. Buna görə də kardiologiyanın inkişafı müasir dövrümüzdə mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd bu sahədə çalışan kardioloqların elmi biliklərini və praktik vərdişlərini artırmaq, günümüzdə ürək-damar xəstəliklərinin diaqnostikası və profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaqdır.

Konfransda Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzin baş həkimi Ramin Hacıyev, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-kardioloqu Arif Cavadov, Bakı şəhərində fəaliyyət göstərən “Medipoint klinikası”nın həkim-kardioloqu Elvira Babaşova və digərləri kardiologiya sahəsindəki aktual problemlər və elmi yeniliklərlə bağlı məruzələr ediblər.

Konfrans çərçivəsində interaktiv diskussiyalar aparılıb, suallar cavablandırılıb.

admin

Related Posts