Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əcnəbilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin hüquqi vəziyyətinə dair növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə muxtar respublikada yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təhlükəsizliyi, hüquq və vəzifələri, eləcə də müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat verilib. Həmçinin miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və qanunla nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər təqdim edilib.

Maarifləndirmə tədbirindən sonra əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

Diqqətə çatdırılıb ki, muzeydəki eksponatlar müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətini, şərəfli həyat yolunu ehtiva edən kitab, qəzet və jurnallardan, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi orijinal sənədlərdən ibarətdir.

Muzey gəzintisi zamanı ulu öndərin dünya dövlətləri ilə sülhsevər mahiyyətli xarici siyasəti də əcnəbi iştirkaçıların diqqətinə çatdırılıb.

admin

Related Posts