Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edili

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirib, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirib. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır.

admin

Related Posts