Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anılıb.

Baş konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki barelyefi qarşısına gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Ümummilli Liderin həyat və fəaliyyətindən söhbət açıb. O bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevi Rusiyada yaxşı tanıyırlar. Rusiyalılar ölkə iqtisadiyyatının və mədəniyyətinin inkişafına onun töhfəsini xatırlayır və yüksək qiymətləndirirlər.

Editor

Related Posts