Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şagirdlərə şəraitsiz tibb məntəqəsində dərs keçirilir

Şagirdlərə şəraitsiz tibb məntəqəsində dərs keçirilir

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir. Həmin korpusda isə istilik problemi yaşanır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006 -cı ildə tikilərək istifadəyə verilib.

240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.

Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.

Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.

Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.

Editor

Related Posts