Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fransa və Kipr birgə HHM təlimləri keçirib

Fransa və Kipr birgə HHM təlimləri keçirib

Fransa və Kipr birgə Hava Hücumundan Müdafiə (HHM) təlimləri keçirib.

“Talos 2/2022” adlı təlim Fransanın “Şarl de Qoll” aviadaşıyıcısından qalxan “Rafale” döyüş təyyarələrinin iştirakı ilə baş tutub.

Milli Qvardiya komandanı general-leytenant Demokritus Zervakis, Hərbi Hava Qüvvələri komandanı briqada generalı Marios Floridis və Hərbi Dəniz Qüvvələri komandanı kapitan Konstantinos Gennadios aviadaşıyıcıdan təlimi izləyib və qiymətləndirmələr aparıblar.

Təlimdə Fransa Milli Qvardiya texnikasının hava hücumundan müdafiə sistemi və özünümüdafiə sistemi istifadəyə verilib, onların müasir döyüş təyyarələrinə qarşı fəaliyyəti real şəraitdə qiymətləndirilib. Bundan əlavə, şəxsi heyət hava idarəetmə mərkəzinin silahlara nəzarət, məlumat ötürülməsi və hava hücumundan müdafiə prosedurları üzrə təcrübə qazanıb.

Editor

Related Posts