Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu gün vəfat edən edən hərbçilərimizin – Fotosu

Bu gün vəfat edən edən hərbçilərimizin – Fotosu

Bu gün DSX-nin hərbçisi, Qubadlıda yerlən N saylı hərbi hissəsində ürək tutmasından, Müdafiə Nazirliyinin hərbçisi isə Ağdamda yerləşən N saylı hərbi hissəsində özünü gülləyərək vəfat edib.

Jurnalist Həbib Müntəzir hər iki hərbçinin fotosunu paylaşıb. Fotoda sağdakı DSX-nın Qubadlı N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat edib.

Müdafiə Nazirliyinin Ağdam N saylı hərbi hissəsinin hərbiçisi, 2004-cü il təvəllüdlü Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürdüyü deyilir.

Hər iki hadisə rəsmi olaraq təsdiqlənib. 

***

Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.

Bununla bağlı DSX məlumat yayıb. 

Bildirilib ki, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin rəyə əsasən hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilibr.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Editor

Related Posts