Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şimal rayonlarında quş əti və yumurta bahalaşıb

Şimal rayonlarında quş əti və yumurta bahalaşıb

Azərbaycanın şimal rayonlarında quş əti və yumurta bahalaşıb.

Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarına baş çəkib, qiymətlərlə tanış olub.

Müşahidələr zamanı məlum olub ki, Yeni il qabağı kənd təsərrüfatı məhsullarının satıldığı bu bazarlarda qiymətlərdə artım var. Bu ticarət mərkəzlərində xüsusən quş əti və məhsullarının bahalaşması daha çox diqqəti çəkib. Belə ki, əvvəllər 15 qəpikə satılan kənd yumurtası indi 50 qəpiyə təklif olunur.

Bundan əlavə, bazarda toyuq 10-15 manat, hind toyuğu 30-35 manat, qaz isə 25-30 manat civarında satılır. Qiymətlərin baha olmasına görə, bazarlarda alıcılıq qabiliyyəti də xeyli aşağıdır. Ona görə də bazarda alıcıdan daha çox qiymətlərlə maraqlanan insanlara rast gəlinir.

Yerli sakinlər isə bayrama sayılı günlər qaldığı üçün qiymətlərin işbazlar tərəfindən süni şəkildə qaldırıldığını bildirirlər.

Satıcıların isə quş əti və məhsullarındakı bahalaşmanı başqa səbəblərlə izah ediblər. Onların sözlərinə görə, qış aylarında ev quşları az yumurtlayır. Quşların qidalanmasına gəldikdə isə onlar deyib ki, buna daha çox xərc tələb olunur. Bahalaşma da elə bu səbəbdən baş verir.

Qeyd edək ki, şimal rayonlarında ət məhsullarında da bahalaşma müşahidə olunur. Belə ki, dana ətinin kiloqramı 13 manat, quzu ətini isə 15 manata alıcıya təklif olunur.

Editor

Related Posts