Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Peruda 11 gündə ikinci Baş nazir dəyişikliyi

Peruda 11 gündə ikinci Baş nazir dəyişikliyi

Peru Prezidenti Dina Boluarte, Alberto Otarola Penarandanı ölkənin yeni Baş naziri təyin edib. Bu son 11 gündə ölkədə ikinci dəfə Baş nazir dəyişikliyi olub.

Xarici KİV xəbər verir ki, andiçmə paytaxt Limada Peru Hökumət Sarayında baş tutub.

Vəkil olan Penaranda bir neçə ay əvvəl Peru Respublika Konqresində Dina Boluarteyə qarşı aparılan istintaq zamanı onun vəkili kimi çıxış etmişdi.

Qeyd edək ki, dekabrın 7-də Konqres tərəfindən keçmiş prezident Pedro Kastilyo impiçment və həbs edildikdən sonra onun yerinə Dina Boluarte gətirilib. Həmin gündən sonra ölkədə Kastilyo tərəfdarlarının etirazları davam edir. Nümayişçilər 18 ay həbs qətimkan tədbiri ilə həbsdə olan Kastillonun sərbəst buraxılmasını və ölkədə vaxtından əvvəl seçki keçirilməsini tələb edir.

Editor

Related Posts