Azərbaycanın sabiq Müdafiə nazirinin müavini, özünü qondarma Talış-Muğan Muxtar Respublikasının lideri kimi təqdim edən, separatçılıqda ittiham edilərək həbs edilən, siyasi-ictimai xadim Ələkrəm Hümbətov 74 yaşında mühacirətdə yaşadığı Niderlandda vəfat edib. O, bir neçə müddət idi ki, xəstəxanada müalicə alırdı.
Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümbətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.