Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı – YENİLƏNİB 

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı – YENİLƏNİB 

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan birinin aşması ilə bağlı məlumat daxil olub. 

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər. 

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”.

***

Gəncədə sərnişin avtobusu aşıb. 

Hadisə zamanı hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşıb. 

Hadisənin səbəbləri məlum deyil. 

Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Editor

Related Posts