Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazir getdi, kuklaların taleyi necə olacaq? 

Nazir getdi, kuklaların taleyi necə olacaq? 

Bu gün Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Qeyd edək ki, Anar Kərimovun adı mediada vəzifəyə gəldiyi gündən xoş olmayan şəkildə hallandı. Mədəniyyət Nazirliyinin son illər ərzində adı böyük korrupsiya qalmaqallarında çəkildi, lakin nazir bu vəziyyətə bir əncam çəkə bilmədi. Noyabr ayında nazir müavini korrupsiya faktları ilə cinayət məsuliyyətinə cəlb edildi.

Bu ilin iyul ayında Azərbaycan Dövlət Kukla teatrının rəhbəri Rəşad Əhmədzadə Lent.az-a müsahibə verərkən nazirliyin fəaliyyətini tənqid etdiyinə görə qalmaqal yaranmış, nazirlik Kukla Teatrında təcili və müddətsiz yoxlamalara başlamışdı. Yoxlamalar teatr işçiləri arasında böyük narazılığa səbəb olmuşdu, bildirilmişdi ki, komissiya üzvləri səlahiyyətlərini aşan şəkildə hərəkət edir. Teatr işçiləri bu münasibətlə mətbuat konfransı da təşkil etmişdi.

Anar Kərimovun işdən çıxarılması ilə əlaqədar Rəşad Əhmədzadə nə düşünür? Bu sualla onun özünə müraciət etdik.

“Məni əsas maraqlandıran məsələ teatrda yoxlamaların davam etməsidir. Hələ ki, yoxlamaların bitməsinə dair əlimizdə akt yoxdur. Biz Azərbaycan mədəniyyətinə xidmət edirik. İnanıram ki, Kukla Teatrına münasibət normallaşar. Sabiq nazirə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Biz açıqlamamızı yoxlamanın nəticəsini göstərən akt əlimizə gələndən sonra verəcəyik”- deyə o bildirib.

Editor

Related Posts