Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakı Ağır Cinayətlər Məhkəməsində ölüm hadisəsi baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində ölüm hadisəsi baş verib

İttiham olunan şəxs məhkəmə zalında qəfil yıxılıb və vəfat edib

Bu gün səhər saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılan 1960-cı il təvəllüdlü Şamil Qədimov iclas zalında qəfil vəfat edib. 

Bu barədə məlumatı məhkəmənin spiker-hakimi Telman Hüseynov təsdiqləyib. O bildirib ki, ittiham olunan Ş.Qədimov məhkəmə iclasının başlamasını gözləyərkən qəfil yıxılıb və vəfat edib:

“Deyilənə görə, Şamil Qədimov ürək çatışmazlığından vəfat edib”- spiker-hakim bildirib.

T. Hüseynov məlumat verib ki, Ş. Qədimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub.

Şamil Qədimov 1980-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində işləyib.

Editor

Related Posts