Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Çində bir həftə ərzində koronavirus dalğası pik həddə çatacaq

Çində bir həftə ərzində koronavirus dalğası pik həddə çatacaq

Çin Xalq Respublikasının Yoluxucu Xəstəliklər üzrə Milli Mərkəzinin direktoru Zhang Venhong bildirib ki, Çində mövcud koronavirus dalğası bir həftə ərzində maksimuma qədər güclənəcək.

TASS məlumat yayıb. “Çinin bir həftə ərzində maksimum infeksiya sayı ilə üzləşəcəyi gözlənilir”.

“İnfeksiyaların pik həddi xəstəliyin ağır hallarının sayını da artıracaq ki, bu da bütün səhiyyə sisteminin imkanlarına müəyyən təsir göstərəcək” – deyə o bildirib.

Qeyd edək ki, Çində son sutkada 37 milyondan çox yoluxma qeydə alınıb.

Editor

Related Posts