Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mina keçmiş əri haqda: “Özünü mənə yalandan pullu göstərib”

“Keçmiş həyat yoldaşım profesional şəkildə mənimlə manupulyasiya edib. Ailə qurmağı çox istədiyim üçün bunlara aldandım”.

Bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib:

“O, özünü mənə yalandan pullu göstərib. Amma onu puluna görə istəməmişəm. O yalanlardan sonra da onu qəbul etdim. Sonra aramızda müəyyən məsələlər oldu. Xasiyyətcə anladım ki, mənə uyğun insan deyil və mən ayrılmağa qərar verdim. Münasibətlərdə dürüstlüyə önəm verirəm. Əgər o mənə əvvələcədən yalanlar danışıbsa, həyatı boyu bunu davam etdirə bilərdi. Bu səbəbdən həyatımı ona əmanət edə bilmərəm”.

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün işlərə başladığını açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub.

admin

Related Posts