İsrail Prezidenti İsaak Hersoq “Twitter”də Türkiyə türkcəsində paylaşım edib.
İsrailin Ankaraya yeni təyin olunan səfiri İrit Lillianın etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi videonu paylaşan Hersoq bunun iki ölkə arasındakı münasibətlərdə böyük addım olduğunu vurğulayıb.
“Ankarada, Prezident Sarayında yenidən “HaTikvah”ı (İsrail himni – red.) eşitmək çox təsirili idi. Yaxın zamanda türk səfirin etimadnaməsini qəbul etməyi dörd gözlə gözləyirəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə və İsrail illər sonra qarşılıqlı olaraq səfir təyin etmişdi.
Bugün, Büyükelçi @IritLillian güven mektubunu Cumhurbaşkanı @RTErdogan'a sunarken Ankara'da, Cumhurbaşkanlığı'nda yeniden HaTikvah'yı duymak çok etkileyiciydi. Yakında, Türk Büyükelçi'nin güven mektubunu kabul etmeyi dört gözle bekliyorum. ???? ilişkilerinde büyük bir adım. pic.twitter.com/gk9p4ulwnI
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) December 27, 2022