Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Müəllimlər bu maaşla dərs deyirlərsə, milli qəhrəmandırlar”

“Müəllimlər bu maaşla dərs deyirlərsə, milli qəhrəmandırlar”

“Biz qanun qəbul etməklə təhsilimizi düzəldə bilmirik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. 

O qeyd edib ki, bu gün orta məktəb şagirdlərinin ağır çantasını götürmək mümkün deyil: “Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya “ştangist” olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, bizim milli qəhrəmandırlar. Müəllim uşağa bir şapalaq vurub deyə 30 illik müəllimi məktəbdən qovublar. Belə şey ola bilər? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz”.

“Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər müəllim onun quludur. İkincisi, keçmişdə belə nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı. Amma ipə-sapa yatmayan uşaqlar orada elə tərbiyə alardı ki, onların içindən alimlər, polis rəisləri, polkovniklər çıxırdı. İndi tələbələr müəllimin başına çıxır. Şagirdin, tələbənin əlindəki telefon dəyəri müəllimin 4-5 aylıq maaşına bərabərdir”, – deyə deputat qeyd edib.

Editor

Related Posts