Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il onları itirdik… – FOTO

Bu il onları itirdik… – FOTO

Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

2022-ci ildə Azərbaycanın mədəniyyət və siyasət sahəsində yaşanan itkiləri təqdim edirik:

Belə ki, yanvarın 8-də Əməkdar artist, aktyor Novruz Qartal vəfat edib.

23 fevral – Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov dünyasını dəyişib.

24 fevral – Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev vəfat edib.

25 fevral – Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.

Martın 10-dan 11-nə keçən gecə – Xalq yazıçısı Rüstəm İbrahimbəyov Rusiyada vəfat edib.

12 mart – “Lalə” qızlar ansamblının ilk solistlərindən biri, müğənni Elmira Əliyeva dünyasını dəyişib.

27 mart – Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov dünyasını dəyişib.

1 aprel – Xalq artisti, rejissor Zülfüqar Abbasov vəfat edib.

19 may – Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

17 iyul –  Xalq artisti, bəstəkar Sevda İbrahimova vəfat edib.

3 avqust – tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

9 avqust – Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.

16 avqust – müğənni, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-də vəfat edib.

3 sentyabr – Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.

3 sentyabr – Əməkdar incəsənət xadimi, AYB üzvü Səyavuş Məmmədzadə dünyasını dəyişib.

5 sentyabr – Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev ABŞ-də vəfat edib.

20 sentyabr – Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.

22 sentyabr – aktrisa Fərqanə Quliyeva dünyasını dəyişib.

28 sentyabr – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Yusifoğlu dünyasını dəyişib. 

30 sentyabr – bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.

16 sentyabr –  Xalq artisti, truba ifaçısı Vaqif Abutalıbov vəfat edib.

6 oktyabr – Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.

9 oktyabr – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

23 oktyabr – Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

4 noyabr – keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.

15 dekabr – Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib.

16 dekabr – aktyor Sadiq Əhmədov vəfat edib.

22 dekabr – “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.

23 dekabr – Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov dünyasını dəyişib.

Editor

Related Posts