Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Budapeşt, Praqa və Kişinyovda erməni ekoterroruna etiraz edilib 

Budapeşt, Praqa və Kişinyovda erməni ekoterroruna etiraz edilib 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərlə həmrəylik nümayiş etdiriblər.

Macarıstanın paytaxtı Budapeştdə yaşayan azərbaycanlılar ölkəmizin ərazisində erməni ekoterroruna etiraz əlaməti olaraq dinc piket keçiriblər.

Aksiya yerli və dünya ictimaiyyətinin diqqətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qeyri-qanuni istismarına cəlb etmək, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərə dəstək nümayiş etdirmək olub.

Çexiyanın paytaxtı Praqada da ölkəmizin ərazisində erməni ekoterroru ilə bağlı dinc etiraz aksiyası keçirilib. Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə aksiya BMT İnformasiya Mərkəzinin, BMT-nin girovlar üzrə Ali Komissarlığının, UNİCEF-in Çexiya nümayəndəliyinin və digər beynəlxalq təşkilatların yerləşdiyi binanın önündə baş tutub.

Erməni ekoterroruna daha bir etiraz aksiyası Moldovanın paytaxtı Kişinyovda BMT-nin bu ölkədəki nümayəndəliyi qarşısında baş tutub. Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, ətraf mühiti qorumaq etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın borcudur.

Editor

Related Posts