Naxçıvanda ilin fəal gəncləri mükafatlandırılıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən mükafatlandırma tədbirində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev diqqətə çatdırıblar ki, istedadlı gənclərin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilir. Ölkə başçısının rəhbərliyi ilə muxtar respublikada Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar yaradılıb.

Bildirilib ki, bu il idman sahəsində də bir çox yeniliklər yaşandı. Naxçıvan idmançıları 2022-ci ildə ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə isə 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i isə bürüncdür.

Sonra muxtar respublikamızın ictimai-siyasi həyatında fəallıq göstərənlər mükafatlandırılıb.

Vətən müharibəsində göstərdiyi şücaətə görə, elm-təhsil, səhiyyə, media, könüllülük fəaliyyətində, idman və müxtəlif intellektual yarışlarda fərqlənən bir qrup gənc müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.

Həmçinin Gənclər Fondu tərəfindən keçirilmiş “Qış kuboku” uğrunda intellektual oyunlar üzrə çoxnövçülüyün qalibi olmuş “Diplomat” komandasının üzvləri təltif olunublar.

Sonra tədbir konsert proqramı ilə davam edib.

admin

Related Posts