2022-ci ildə Naxçıvan İdmançıları 316 medal qazanıblar

Naxçıvan Güləş Federasiyasının hesabat-seçki yığıncağı keçirilib

Federasiya nümayəndələri, məşqçi və hakimlərin iştirak etdiyi iclasda gənclər və idman naziri Ramil Hacı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Qeyd olunub ki, nazirlik 2022-ci ilin ötən dövrü ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə 247 tədbir keçirib, eyni zamanda Naxçıvan idmançıları ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i isə bürüncdür.

Ramil Hacı diqqətə çatdırıb ki, 2002-ci ildə yaradılan federasiyanın hazırda yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələri mövcuddur. Muxtar respublikanın bütün şəhər və rayonlarında olmaqla, ümumilikdə 71 qrup üzrə 1323 idmançı bu sahədə aktiv fəaliyyətdədir. Dövlətimiz tərəfindən yaradılan şərait düzgün dəyərləndirilməli, yeni təklif və fikirlər paketi hazırlanmalı, Azərbaycan Güləş Federasiyası və Azərbaycan Cüdo Federasiyası ilə qurulan əməkdaşlıq əlaqələri daha da yüksəldilməli, ölkə və beynəlxalq təcrübələr sınaqdan keçirilməlidir.

Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri Faiq İsgəndərov seçilib.

Gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi oxunub və səs çoxluğu ilə təsdiq olunub.

admin

Related Posts