Şimali Koreya lideri Kim Çen In qızı ilə birgə “Hvason-12” orta mənzilli ballistik raketlərin və taktiki nüvə yükü daşıya bilən KN-23 raketlərinin olduğu anbara baxış keçirib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Şimali Koreya televiziyası Şimali Koreya liderinin qızı ilə qol-qola olduğu video yayımlayıb. Yazıda Kim Çen Inın qıza 10 “Hvason-12” raketini, digər tərəfdən isə KN-23 raketləri üçün mobil buraxılış qurğularını necə göstərdiyi əks olunub.