Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda binada partlayış oldu – Ölən var-Fotolar+Video

Bakıda binada partlayış oldu – Ölən var-Fotolar+Video

Bakı şəhəri, Binəqədi rayonu Cavadxan və Mirmahmud Kazımovski küçələrinin kəsişməsində yerləşən yaşayış binasında dəhşətli partlayış olub.

Partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

***

Bu gün saat 16:00 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə  hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür. 

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Editor

Related Posts