
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər dövlətimizin sosial siyasətindən söz açıb, ahılların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıblar.
Sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış edib.
Görüşdə sakinlərə bayram hədiyyələri təqdim olunub.