
Bakıda yaşayış binasında partlayış olub.
Hadisə Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan məlumata əsasən, 18-ci mərtəbədə yaşayan bina sakini partlayış dalğası nəticəsində pəncərədən yerə düşərək ölüb.
Partlayış baş verən əraziyə təcili tibbi yardım və yanğınsöndürən avtomobilləri cəlb olunub.