Aparıcı-aktrisa Xuraman Əlizadənin “beh” qalmaqalı

Aparıcı-aktrisa Xuraman Əlizadə TikTok-da yaşanan “beh” qalmaqalı ilə gündəmə gəlib.

O canlı yayımda olarkən izləyicilərdən biri “Sizi xınaya çağırdıq, qardaşım rəhmətə getdiyi üçün məclis alınmadı, “beh”i ödəmişdik, ancaq qaytarmadız”, – deyə, qeyd edib.

Bu zaman Əlizadənin həyat yoldaşı kənardan əsəbiləşərək, “beh”in qaytarılmayacağını, gələcək vaxtlarda həmin ailədə xoş gün olduqda “beh” almadan iştirak edəcəklərini qeyd edib.

Aktrisa da yoldaşının fikirlərini dəstəkləyib.

admin

Related Posts