Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fransa səfiri İran XİN-ə çağırılıb

Fransa səfiri İran XİN-ə çağırılıb

Fransa səfiri İran XİN-ə çağırılıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.

O bildirib ki, Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən sonra Fransanın İran İslam Respublikasındakı səfiri bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.

Kənani İran tərəfin kəskin etirazını Fransa hökumətinə çatdırdığını bildirərək əlavə edib: “İran İslam Respublikası onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqlarının müqəddəsliklərini təhqir etməyə haqqı yoxdur”.

Kənani İran İslam Respublikasının mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirərək, bununla bağlı ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi etiraz notasını Fransa səfirinə təqdim etdiyini bildirib.

admin

Related Posts