Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Murad “Avroviziya” mahnı seçimlərini qınadı: “Proses müəmmalı olmamalıdır”

Murad “Avroviziya” mahnı seçimlərini qınadı: “Proses müəmmalı olmamalıdır”

Bəstəkar-müğənni Murad Arif nüfüzlu “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı qalmaqallı post paylaşıb.

Bu haqda sənətçi “Twitter” sosial şəbəkə hesabında yazıb.

Beləki, Murad ona ünvanlanan “Murad Arif Avroviziya 2023 üçün mahnı yazıb?” sualına sərt cavab verib:

“Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. 3 gündən sonra xaricdə çəkilmiş klipləri ilə Avroviziya təmsilçimizi elan etdilər. Belə müəmmalı olmamalıdır proses! Belə olunca da heç kim canını qoymaz”.

Qeyd edək ki, ötən ilin dekabrın səkkizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.

Editor

Related Posts