Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aşura inqilabı (2)

Aşura inqilabı (2)

Müaviyənin Əbu Süfyandan öyrəndiyi çirkin siyasətin nəticəsində İslam və Quranın yalnız quru qabığı qalmışdı və Yezid bu siyasəti daha kobud şəkildə davam etdirirdi. İmam öz kəlamlarının birində buyurur: Əgər İslam ümmətinə Yezid kimi bir rəhbər başçılıq edəcəksə o zaman İslamın fatihəsini oxumaq lazımdır. Müaviyə hiylə ilə də olsa heç olmazsa islama zahirən əməl edirdi.

Lakin Yezid açıq-aydın küfr edir və İslamın heç bir qanununa hörmət bəsləmirdi. Lühüf kitabında deyilir: Əsirlər və şəhidlərin kəsik başları nizə başında Yezidin sarayına yaxınlaşarkən o məlun bir şer oxudu və o şerin bir beytinin tərcüməsi belədir: Haşim nəsli padşahlıq oyunu oynadı, əslində o dünyadan nə bir xəbər gəlmiş, nə də vəhy nazil olmuşdur.

İmam Hüseyn (ə) müsəlman xəlifəsi cildinə girmiş belə bir şəxsə beyət edə bilməzdi. Bu tarixin İmam Hüseynə(ə) etdiyi haqsızlıq idi ki, danışdıqda və yazdıqda “İmam Hüseyn və Yezid” deyə söhbət açılır. Lakin əslində imam kimi bir nuru Yezid kimi bir zülmətlə müqayisə etmək nə dərəcədə doğrudur?

İmamın Əbəlfəzlin, Əli Əkbərini, Həbibini, Müslümünü (ə) Yezidin İbn Ziyadı, Şimri, Sinanı ilə üzbəüz təsəvvür etmək nə qədər doğrudur? İmam Allah aşiqi, Yezid isə nəfs aşiqi!

Editor

Related Posts