Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərbəin zəvvarlarının İraqa keçidi məhdudlaşdırılıb

Ərbəin zəvvarlarının İraqa keçidi məhdudlaşdırılıb

İrandan İraqa Ərbəin zəvvarları üçün quru sərhədlər bağlanıb. Zəvvarlar sərhəd məntəqələrinə doğru getməməyə və geri dönməyə çağırılır. Bu barədə sentyabrın 9-da İSNA-ya istinadən Birinci 24 xəbər verir.

Sərhəd məntəqələrinin bağlanması İraq tərəfinin tələbi olub. Məlumata görə, ziyarətçilər bir müddət İraqa daxil ola bilməyəcəklər. Buna səbəb isə hazırda İraqın çoxlu sayda zəvvar qəbul etmək imkanında olmamasıdır.

Qeyd olunub ki, İraq tərəfinin nəqliyyat imkanları məhduddur. Bununla belə səhiyyə və təhlükəsizlik xidmətlərində də ciddi çatışmazlıqlar yaşanır.

Bu il Ərbəində 20 milyonadək insanın iştirak etməsi gözlənilir. Qeyd edək ki, ötən illərdə bu rəqəm daha yüksək idi.

Editor

Related Posts