Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Neftçala rayonunda məscidin tikintisi dayandırılıb

Neftçala rayonunda məscidin tikintisi dayandırılıb

Neftçala rayonunun Bankə qəsəbəsinin Cüyür məhəlləsindəki İmam Həsən (ə.s) məscidinin tikintisi dayandırılıb. Qəsəbə sakinləri ilə icra hakimiyyəti arasında narazılıq yarandığı bildirilib. Buna səbəb məscidin tikintisinin qarşısının alınmasıdır. Belə ki, ibadətgah qəzalı vəziyyətdədir və yerli əhali onun təmirini şəxsi vəsaiti hesabına həyata keçirir.

“Əvvəlki yarıməsrlik məscid qəzalı vəziyyətdə olduğundan və uçma təhlükəsi yarandığından onu söküb yerində elə təxmini həmin ölçüdə, qanuni həyətindən 1 metr də çölə çıxmamaq şərtilə yenidən tikirik. Hansısa ərazini zəbt edib sıfırdan nəsə tikmirik. İşləri elə ibadət evinin öz yerində aparırıq”, – deyə qəsəbə sakini Səmral Quluzadə bildirib.

Məlumata görə, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Neftçala Rayon Polis Şöbəsinə tikintinin dayandırılması ilə bağlı rəsmi məktub göndərib. Polis əməkdaşları əraziyə gələrək tikinti işlərinə müdaxilə ediblər. Bu isə əhalinin narazılığı ilə nəticələnib.

İcra Hakimiyyətinin Bankə qəsəbəsi üzrə ərazi nümayəndəsi Tariyel Nağıyev açıqlama verib. Onun sözlərinə görə, təmir işlərinə başlamazdan öncə mütəxəssislər baxış keçirməlidir, komissiya rəy verməlidir. Lakin əhali bu vaxtı gözləmədi. Rayon tikinti komissiyası tərəfindən tikintinin dayandırılması ilə bağlı məktub yazıldı.

“Hər hansı müdaxilə isə qanunvericilik çərçivəsində ola bilər”, – deyə o əlavə edib.

Editor

Related Posts