Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Turaz Qartalı – 2022” təlimi başa çatıb

“Turaz Qartalı – 2022” təlimi başa çatıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.

Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Editor

Related Posts