Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aşura inqilabı (3)

Aşura inqilabı (3)

İmam sədaqət simvolu, Yezid isə xəyanət təcəssümü!

İmam pak idi və pakların öndəri idi, Yezid isə dünyasını məhv edən və öz şərəfsizliyinə və rəzalətinə düşgünlərin ən alçağı!

İmam Allah vəlisi olduğunu və ölümdən sonrakı əbədi və ülvi həyatı qəbul etdiyini öz ölümü ilə ölümü belə şərəfləndirdi. Yezid isə ümumiyyətlə ölümdən qorxan bir müqəvva idi.

İmam insanlığı haqq və azadlıq uğrunda hər şeyini qurban verən bir fədakar şəhid, Yezid isə insanlığı öz çirkin ehtiraslarına qurban verən bir rəzalət timsalı idi.

İmam Hüseyn(ə) Rəsulullahın (s) sədaqətini, mərdliyini, helmini, əxlaqını, şücaətini və Əli əleyhissəlamın qəhrəmanlığını özündə cəmləşdirən bir şərəf mücəssəməsi idi.

Yezid isə öz nəfsinin əsiri və insanlığın üz qarası!

İmam bu dünyaya nümayiş etdirdi ki, Allah aşiqi öz eşqi uğruna başı nizələr ucunda qurban gedə bilər, başsız bədəni əğyarın at nalları altında əzilməyə də dözə bilər. Yezid isə sübut etdi ki, şeytana layiqli qul olmaq üçün Allah aşiqlərinin qanını tökməyə belə hazırdır. İmam sübut etdi ki, mərifət gülləri şəhid qanı ilə çiçəklənə bilər və qırmızı rəng təravət və çiçək rəngidir. Yezid isə göstərdi ki, qəlbi qara insanlar hətta Hüseyn (ə) kimi nurani bir şəxsin, Əli Əsğər kimi südəmərin və Həbib (s) kimi qocaman səhabənin də Kufə kimi zibillikdə gül bitirən qanı bu insana təsir etmir.

Editor

Related Posts