Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bəzi məsələlərdə Azərbaycanla mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq”

“Bəzi məsələlərdə Azərbaycanla mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq”


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəzi məsələlərdə Azərbaycanla mövqeləri yaxınlaşdırmağın mümkün olduğunu bildirib.

O, xorvatiyalı həmkarı Qordan Qrlix-Radmanla İrəvanda keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.

Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi üzrə danışıqlar ardıcıl prosesdir və tərəflər təklif və şərhlər mübadiləsi aparır. Eyni zamanda bu məsələlərin müzakirəsi üçün nazirlərin görüşləri keçirilir:

“Təxminən 10 gün əvvəl Azərbaycandan cavab və Bakıdan başqa bir təklif aldıq. Və biz müzakirə mərhələsindəyik. Bu, danışıqlar prosesinin, əslində, dayanmadığını deməyə əsas verir”.

O, tərəflərin mövqeləri vaxtaşırı dəyişdiyindən təkliflərin məzmunu və təfərrüatlarını açıqlamayıb:

“Müxtəlif mərhələlərdə tərəflərin müxtəlif məsələlərdə mövqeləri üst-üstə düşür, bəzən bir-birindən uzaq qalmaqda davam edir. Ona görə də hər hansı bir təfərrüatı götürüb tərəflərin mövqeyinin necə olduğunu söyləmək yersizdir. Sabahdan etibarən mənzərə tamamilə fərqli ola bilər. Bir daha deyirəm, bəzi məsələlərdə mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq”.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın bu prosesdə bir sıra fundamental problemləri var. Onlar dəfələrlə ictimai müzakirəyə çıxarılıb.

Daha əvvəl Mirzoyan bildirib ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb.

Editor

Related Posts