Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezident xəbərdarlıq etdi: Ölkədə sabitliyi pozmaq üçün plan hazırlanır

Prezident xəbərdarlıq etdi: Ölkədə sabitliyi pozmaq üçün plan hazırlanır

Moldova prezidenti Maya Sandu ölkədə konstitusiya quruluşunu dəyişdirmək üçün cəhdlərin olduğunu bildirib.

Birinci 24 “RİA Novosti”yə istinadən xəbər verir ki, Sandu bazar ertəsi keçirdiyi brifinqdə respublikada konstitusiya quruluşunu dəyişdirmək cəhdlərinin hazırlandığını deyib. O, ölkə parlamentini təhlükəsizlik qanunvericiliyini sərtləşdirməyə çağırıb.

Qeyd edək ki, bundan öncə Vladimir Zelenski Avropa Şurasında çıxışı zamanı Ukrayna kəşfiyyatının Moldovada “demokratik nizamı məhv etmək” üçün iddia edilən “RF planını” ələ keçirdiyini bildirib.

Ukrayna tərəfi Moldova rəhbərliyinə xəbərdarlıq edib. Daha sonra Moldovanın informasiya və təhlükəsizlik xidməti ölkədə sabitliyi pozmaq və dövlətçiliyi sarsıtmaq cəhdlərinin aşkarlandığını bəyan edib.

Moldova prezidentinin sözlərinə görə, yaxın gələcəkdə bəzi dövlət binalarına hücum etmək niyyətində olan hərbi təlim keçmiş diversantların cəlb edilməsi nəzərdə tutulur.

Sandu bir sıra müxalifət qüvvələrini bu cür təxribat aktlarına cəhddə ittiham edib.

Editor

Related Posts