Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycanlı tələbələrdən hələ heç bir iz yoxdur” – Rəsmi

“Azərbaycanlı tələbələrdən hələ heç bir iz yoxdur” – Rəsmi

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı feysbukda yazıb. 

O qeyd edib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki, heç bir iz yoxdur:

“Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.

Editor

Related Posts