Birinci24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ordubad Rayon ərazisində yeməkxanalardan birində ictimai qaydanı pozan vətəndaş barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerində olub, ictimai asayışı pozan Ordubad rayon sakini Samir Qurbanov saxlanılıb, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Ordubad Rayon Məhkəməsinin qərarı ilə Samir Qurbanovun barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.