Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

Türkiyədə zəlzələlərdən sonra qarət və tikinti qaydalarını pozmaq ittihamı ilə 340-dan çox adam həbs edilib. 

Bu barədə TRT telekanalı məlumat yayıb. Bildirilib ki, təbii fəlakətdən zərər çəkmiş 11 əyalətdə binaların dağılması hallarının araşdırılması zamanı tikinti qaydalarını pozmaqda şübhəli bilinən 564 nəfər müəyyən edilib. Onlardan ən azı 160-ı artıq həbs edilib.

Qeyd olunur ki, soyğunçuluq hallarının istintaqı çərçivəsində 282 şübhəli müəyyən edilib, onlardan 181-i həbs edilib.

Editor

Related Posts